“Fənərbaxça”da yeni baş məşqçi
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşib Bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.
Bu posta İsmail Kartalı gətirilib. 61 yaşlı mütəxəssis müvəqqəti olaraq komandanın sükanı arxasına gətirilib. Yeddi ildən sonra “sarı-lacivərdlilər”ə dönən Kartalla müqavilə müddəti mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Kartal 2014/15 mövsümündə “Fənərbaxça”nı çalışdırıb.