“Fənərbaxça”da ciddi itki

“Fənərbaxça”da ciddi itki

UEFA Avropa Liqasının V turunda Macarıstanın “Ferensvaroş” komandası ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə alan “Fənərbaxça”nın futbolçusu Con Duranın cəzası açıqlanıb.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi kolumbiyalı hücumçunu 2 oyunluq diskvalifikasiya edib.

Duran Avropa Liqasında Norveçin “Brann” və İngiltərənin “Aston Villa” komandalarına qarşı təşkil olunacaq matçlarda oynaya bilməyəcək.

ETOPAZ

Əvvəlki yazı

Millimizdən qələbə

Növbəti yazı

XIV turun təyinatları bəlli oldu