“Fənərbaxça”da ciddi itki

“Fənərbaxça”da ciddi itki

“Fənərbaxça” ciddi itki ilə üzləşib. “Sarı-lacivərdlilər”in Super Liqanın 18-ci turunda “Konyaspor” ilə keçirdikləri matçda (3:2) Dominik Livakoviç zədələnib.

Bu gün qapıçının durumuna aydınlıq gəlib. Xorvat qolkiperin arxa əzələsində yırtıq və qanaxma aşkarlanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İstanbul təmsilçisi 18 turu geridə qalan çempionatda 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Çaloba “Çelsi”yə qayıdır

Növbəti yazı

Tomori “Yuventus”un hədəfində