“Fənərbaxça”da ciddi itki
“Fənərbaxça” ciddi itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi İrfan Can Kahveci sıradan çıxıb.
Super Liqanın XI turunun “Trabzonspor”la oyununda zədə alan yarımmüdafiəçi azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
İrfan Avropa Liqasında “Alkmaar”, Super Liqada isə “Sivasspor” və “Kayserispor”la oyunları buraxacaq.