“Fənərbaxça”da ayrılıq
“Fənərbaxça” klubu futbol komandasının baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırdığını açıqlayıb.
62 yaşlı portuqaliyalı mütəxəssis 2024-cü ilin iyunundan “sarı-lacivərdlilər”i çalışdırırdı.
Mourinyonun rəhbərliyi ilə “Fənərbaxça” ardıcıl ikinci mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsinə çıxa bilməyib.












