“Fənərbaxça” Türkiyə kubokundan imtina etdi

“Fənərbaxça” Türkiyə kubokundan imtina etdi

“Fənərbaxça” və “Kasımpaşa”nın Türkiyə Kubokunda iştirak etmək istəmədikləri iddia edilib. Komandalar kubokda iştirak etməsələr, Türkiyə Futbol Federasiyasının müsabiqə üçün hazırladığı qaydaların 11-ci maddəsinə əsasən, cəzalandırılacaqlar.

Bu bəndə görə kuboka vəsiqə qazanan hər hansı bir komanda müsabiqədə könüllü olaraq iştirak etməsə, hökmən məğlub sayılır və turnirdən kənarlaşdırılır. Bundan başqa, həmin klub gələn mövsüm müsabiqəyə buraxılmır.

Həmçinin komandalar Türkiyə Futbol Fedderasiyasına dəyən ziyanı da qarşılamalıdırlar. 

Xatırladaq ki, ötən mövsüm Türkiyə Kubokunu “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edən “Beşiktaş” muzeyinə aparmışdı.

ETOPAZ

Əvvəlki yazı

“Beşiktaş”da ciddi itki

Növbəti yazı

Dünya çempionunun mükafatı açıqlandı