”Fənərbaxça” Superkubokun qalibi oldu
Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gəlib.
“Sarı-lacivərdlilər” Mateo Gündüzi və Ceydon Ostervoldenin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib və kuboku qazanıb.
Qeyd edək ki, “Fənərbaxça” tarixində 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə bu kubokun sahibi 2014/15 mövsümündə olmuşdu.










