“Fənərbaxça” Lövlə anlaşdı
“Fənərbaxça”nın yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib. Türkiyə klubunu növbəti mövsümdən Yoahim Lövün çalışdırması gözlənilir.
Çünki “sarı-lacivərdlilər” almaniyalı mütəxəssislə hərtərəfli anlaşma əldə edib. Son iki həftədə tərəflər arasında iki görüş baş tutub və ilkin razılığa gəlinib. Lövün tezliklə müqavilə imzalayacağı bildirilir.
62 yaşlı mütəxəssis Almaniyadan özü ilə iki köməkçi gətirəcək. Digər köməkçisi isə hazırda komandanın sükanı arxasında olan İsmayıl Kartal olacaq.
Qeyd edək ki, Löv 2006-2021-ci illərdə Almaniya yığmasını çalışdırıb.