“Fənərbaxça” evdə məğlub oldu
Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində 8 matç baş tutub.
Türkiyə “Fənərbaxça”sı da növbəti sınağına çıxıb. İstanbul klubu “Reyncers”lə üz-üzə gəlib. Gözlənilənlərin əksinə qonaqlar daha yaxşı çıxış edərək, 3:1 hesabı ilə qalib gəliblər.
İki görüşdə “Böyük beşlik” təmsilçiləri qarşılaşıb. “Real Sosyedad” “Mançester Yunayted”lə heç-heçə oynayıb. “Roma” isə son dəqiqə qolu ilə “Atletik”i məğlub edib.
Qeyd edək ki, cavab görüşləri martın 13-də keçiriləcək.
UEFA Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
6 mart
21:45 “Alkmaar” (Niderland) – “Tottenhem” (İngiltərə) 1:0
21:45 FCSB (Rumıniya) – “Lion” (Fransa) 1:3
21:45 “Fənərbaxça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) 1:3
21:45 “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 1:1
00:00 “Ayaks” (Niderland) – “Ayntraxt” (Almaniya) 1:2
00:00 “Roma” (İtaliya) – “Atletik” (İspaniya) 2:1
00:00 “Bodo-Qlimt” (Norveç) – “Olimpiakos” (Yunanıstan) 3:0
00:00 “Viktoriya” (Çexiya) – “Latsio” (İtaliya) 1:2