“Fənərbaxça” “Atletik”lə bacarmadı
UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna start verilib. Bu gün bir qarşılaşma keçirilib.
“Fənərbaxça” “Atletik”i qəbul edib. Görüş qonaqların qələbəsi ilə nəticələnib. İnaki Uilyamsın dublu İspaniya təmsilçisinə üç xal qazandırıb.
Turun digər oyunları sabah baş tutacaq.
Avropa Liqası
Liqa mərhələsi, VI tur
11 dekabr
19:30 “Fənərbaxça” (Türkiyə) – “Atletik” (İspaniya) 0:2