“Fənərbaxça” “Aston Villa” ilə bacarmadı
UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura start verilib. Turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Türkiyə təmsilçisi “Fənərbaxça” evdə “Aston Villa” ilə üz-üzə gəlib. Gərgin keçən oyunun taleyini 1 qol həll edib. İstanbul klubu rəqibinə minimal hesabla məğlub olub – 0:1.
“Roma” isə İtaliyada “Ştutqart”ı 2 cavabsız qolla məğlub etməyi bacarıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VII tur
22 yanvar
21:45. “Feyenoord” (Niderland) – “Şturm” (Avstriya) 3:0
21.45. “Fənəbaxça” (Türkiyə) – “Aston Villa” (İngiltərə) 0:1
21:45. PAOK (Yunanıstan) – “Betis” (İspaniya) 2:0
21:45. “Viktoriya” (Çexiya) – “Portu” (Portuqaliya) 1:0
21:45. “Yanq Boys” (İsveçrə) – “Lion” (Fransa) 0:1
21:45. “Frayburq” (Almaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:0
21:45. “Bolonya” (İtaliya) – “Seltik” (Şotlandiya) 2:2
21:45. “Malmö” (İsveç) – “Srvena Zvezda” (Serbiya) 0:1
21:45. “Brann” (Norveç) – “Midtyullann” (Danimarka) 3:3
00:00. “Roma” (İtaliya) – “Ştutqart” (Almaniya) 2:0
00:00. “Reyncers” (Şotlandiya) – “Ludoqorets” (Bolqarıstan) 1:0
00:00. “Dinamo” (Xorvatiya) – FCSB (Rumıniya) 4:1
00:00. “Zaltsburq” (Avstriya) – “Bazel” (İsveçrə) 3:1
00:00. “Braqa” (Portuqaliya) – “Nottinqem Forest” (İngiltərə) 1:0
00:00. “Ferentsvaroş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan) 1:1
00:00. “Nitsa” (Fransa) – “Qo Ehed İqlz” (Niderland) 3:1
00:00. “Selta” (İspaniya) – “Lill” (Fransa) 2:1
00:00. “Utrext” (Niderland) – “Genk” (Belçika) 0:2












