“Fənərbaxça” 1/8 finalda

“Fənərbaxça” 1/8 finalda

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Bu gün 8 matç baş tutub.

“Qalatasaray” “AZ Alkmaar”ı qəbul edib. “Sarı-qırmızılılar” 1:4 hesablı görüşün revanşında rəqibi ilə bacarmayıb. Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, “Qalatasaray” Avropa Liqası ilə vidalaşıb

“Fənərbaxça” isə “Anderlext” səfərinə yollanıb. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, “Fənərbaxça” 1/8 finala yüksəlib.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
20 fevral
“Bodo Qlimt” (Norveç) – “Tvente” (Niderland) 3:2
İlk oyun – 1:2

“Qalatasaray” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) 2:2
İlk oyun – 1:4

FCSB (Rumıniya) – PAOK (Yunanıstan) 2:0
İlk oyun – 2:1

“Portu” (Portuqaliya) – “Roma” (İtaliya) 2:3
İlk oyun – 1:1

“Ayaks” (Niderland) – “Yunion” (Belçika) 1:2
İlk oyun – 2:0

“Viktoriya” (Çexiya) – “Ferentsvaroş” (Macarıstan) 3:0
İlk oyun – 0:1

“Real Sosyedad” (İspaniya) – “Midtyullan” (Danimarka) 5:2
İlk oyun – 2:1

“Anderlext” (Belçika) – “Fənərbaxça” (Türkiyə) 2:2
İlk oyun – 0:3

ETOPAZ

Əvvəlki yazı

Mbappe ən yaxşı adına layiq görüldü

Növbəti yazı

“Betis” və “Panatinaikos” növbəti mərhələdə