“Eyüpspor”da ayrılıq
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Orhan Ak “Eyüpspor” klubundan ayrılıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Razılaşmaya əsasən, 46 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Orhan Ak ötən ilin oktyabr ayından etibarən komandaya rəhbərlik edirdi.










