“Everton”un oyunu təxirə salındı
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. XIX tur çərçivəsində keçirilməli olan “Bernli” – “Everton” görüşü baş tutmayacaq.
Liverpul klubu dekabrın 26-na təyin olunan görüşün qeyri-müəyyən müddətə təxirə salındığını bəyan edib. Buna səbəb isə koronavirusa kütləvi yoluxma göstərilib. Daha əvvəl XIX turun “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” oyunları da eyni səbəbdən təxirə salınıb.