“Everton”un hədəfindəki hücumçu
“Everton” hücum xəttini gücləndirməyə qərar verib. Liverpul təmsilçisi Liam Delapın xidmətində maraqlıdır.
Baş məşqçi Devid Moyes “İpsviç”in bombardirini komandasında görmək istəyir. “Everton” onun üçün 34,5 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 22 yaşlı forvard ötən yay “İpsviç”ə keçib. Onun müqaviləsi 2029-cu ildə başa çatacaq.