“Everton”un müdafiəçisi Ben Qodfrinin durumuna aydınlıq gəlib. Müdafiəçi üç ay meydanlardan kənar qalacaq.
Buna futbolçunun ayağının qırılması səbəb olub. Premyer Liqanın I turunun “Çelsi” ilə görüşündə ağır zədə alan müdafiəçi əməliyyata məruz qalıb. Bərpa prosesinə başlayan Qodfri noyabrda heyətə dönəcək.
Qeyd edək ki, “Everton” “Çelsi”yə 0:1 hesabı ilə uduzub.