“Everton”un futbolçusu “Əl-İttifaq”da
“Everton”un futbolçusu Demaray Qrey karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
27 yaşlı futbolçu “Əl-İttifaq”a keçib. Transferin qiyməti açıqlanmayıb.
Lakin keçidin 10 milyon avroya reallaşdığı proqnozlaşdırılır. Futbolçunun özü 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Qrey 2021-ci ildən “Everton”da forma geyinirdi.