“Everton”da yeni müdafiəçi
İngiltərənin “Everton” klubu heyətinə yeni futbolçu qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb. Premyer Liqa klubu Vitali Mikolenkonu transfer edib.
Ukrayna millisinin və Kiyev “Dinamo”sunun müdafiəçisi ilə müqavilə imzalanıb. Anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Liverpullular keçid üçün xərclənən vəsaiti açıqlamayıb. Bu rəqəmin 21-23 milyon avro olduğu iddia edilir.