“Everton” – “Liverpul” matçı təxirə salındı

“Everton” – “Liverpul” matçı təxirə salındı

Premyer Liqanın XV turunun bir matçı təxirə salınıb. Bu gün baş tutmalı olan “Everton” – “Liverpul” görüşü başqa tarixə ertələnib.

Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb.

Ölkəni bürüyən “Darrag” qasırğası güclü küləklər və şiddətli yağışlarla müşayiət olunur. Bu səbəbdən görüşün təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, “Liverpul” 35 xalla Premyer Liqaya başçılıq edir. “Everton” isə 14 xalla 15-ci sıradadır.

ETOPAZ

Əvvəlki yazı

Emin Cəfərov Gənclər Liqası matçında

Növbəti yazı

Sürpriz kupon – 08.12.2024