“Everton” liderlərindən birini satacaq
“Everton” bu yay hücumçulardan biri ilə yollarını ayıracaq. Buna səbəb klubun çətin maliyyə vəziyyətində olmasıdır.
Ona görə də komanda liderlərindən birini satmalı olacaq. “Everton” Riçarlison və ya Dominik Kalvert-Lyuni transferə çıxarmağı düşünür.
Qeyd edək ki, “Mançester Yunayted” Riçarlisonu transfer etməkdə maraqlıdır.