Evdə məğlubedilməz

Evdə məğlubedilməz

İngiltərə millisi dünya və Avropa çempionatlarının seçmə mərhələlərində evdəki məğlubiyyətsizlik seriyasını uzadıb. Futbolun yaradıcılar 39 oyundur öz meydanında uduzmur.

Bu müddətdə britaniyalılar 35 qələbə qazanıb və 4 heç-heçə edib. İngiltərə yığmasının bu rekordu əvvəlki iki ən yaxşı seriyasının cəmindən də yüksəkdir. Bunadək yığma iki dəfə 19 matçlıq məğlubiyyətsizliyə imza atıb.

Tomas Tuxelin baş məşqçisi olduğu komanda DÇ-2026-nın dünən keçirilən seçmə oyununda Latviyanı 3:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Poqba MLS-in bir addımlığında

Növbəti yazı

Millidə 71-ci qol