Evdə məğlubedilməz iki komanda qaldı
Dünya çempionatlarının seçmə mərhələlərində evdə uduzmayan komandaların sayı 2-yə enib. Buna İtaliya millisi səbəb olub.
“Skuadra Adzurra” pley-offun Şimali Makedoniya ilə görüşündə 0:1 hesabı ilə uduzub. Bu yığma tarixinə mundiala aparan yoldakı ilk ev məğlubiyyəti kimi düşüb.
Bunadək 59 belə matça çıxan yığma 48 qələbə qazanıb və 11 heç-heçə etmişdi. Yalnız iki komanda tarixi ərzində dünya çempionatlarının seçmə oyunlarında öz meydanında uduzmayıb.
Bunlar İspaniya və Braziliyadır. Onlar hərəyə 61 belə görüş keçirib. İspaniya 51 qələbə və 10 heç-heçə, Braziliya 49 qələbə və 12 sülhə nail olub.