Eto′Onun oğlu Portuqaliya klubunda
Kamerun futbolunun əfsanəsi Samuel Eto′Onun oğlu Etyenn Eto′O karyerasını davam etdirəcəyi klub bəlli olub. 19 yaşlı hücumçu Portuqaliyada çıxış edəcək.
O, “Vitoriya Gimaraynş” klubu ilə müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Etyenn Gimaraynş təmsilçisinin U-23 komandasında çıxış edəcək. O, bunadək “Malyorka”, “Atletiko Baleares” və “Ovyedo”da məşq edib.
Xatırladaq ki, Kamerun millisində 118 oyuna 56 qol vuran Samuel Eto′O 2019-cu ildə başa vurduğu peşəkar karyerası ərzində “Real”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Everton”, “Çelsi”, “Sampdoriya”, “Antalaspor”, “Konyaspor”, “Qətər” kimi klubların formasını geyinib.