Eşli Bartidən imtina
İndian-Uellsdə keçiriləcək turnirin iştirakçıları siyahısında dəyişiklik olub. Dünyanın bir nömrəli raketkası Eşli Barti yarışa qatılmaqdan imtina edib.
Avstraliyalı tennisçinin bu addımının səbəbləri bəlli deyil. Turnirdə onu sloveniyalı Polona Hersoq əvəzləyəcək.
Xatırladaq ki, turnir oktyabrın 6-17-də keçiriləcək.