Ernandes “Milan”ı tərk edir
“Milan”da ayrılıq yaşana bilər. Teo Ernandes komandanı tərk etmək üzrədir.
Kapitan klubla yeni müqavilə barədə razılığa gəlməyib.
O, yeni sözləşmədə daha yüksək maaş tələb edir. “Rossenyerilər” isə bu məbləği ödəməyə hazır deyil.
Nəticədə “Milan” müdafiəçini yayda satışa çıxarmağı düşünür.