Ernandesə cəlbedici təklif
“Əl-Hilal” Teo Ernandesin xidmətində maraqlıdır. Səudiyyə Ərəbistanı təmsilçisi fransalının çıxış etdiyi “Milan”la danışıqlar aparır.
Asiya təmsilçisi 20 milyon avro ödəməyə hazırdır. 27 yaşlı müdafiəçinin özünə də cəlbedici təkilif olunub. “Milan”da ildə 4 milyon avro qazanan Teoya 18 milyon vəd edilib.
Qeyd edək ki, ötən mövsümdə 49 matça çıxan müdafiəçi 5 qol və 6 assistə imza atıb.