Eriksen Anrini geridə qoydu
İngiltərə Premyer Liqasının 4-cü turunun matçları keçirilir. “Arsenal” “Mançester Yunayted”i qəbul edir.
Birinci hissədən sonra hesab bərabərdir – 1:1. Meydan sahiblərinin heyətində Markus Reşford fərqlənib. Həmin qolun ötürməsini Kristian Eriksen verib. Danimarkalı üçün bu assist Premyer Liqada 75-ci olub. Bu göstəriciyə görə o, Tyerri Anrini (74) geridə qoyub və liqa tarixinin assistentləri siyahısında 12-ci pilləyə yüksəlib.