Erik Qarsiyadan yeni müqavilə
“Barselona”nın futbolçusu Erik Qarsiyanın taleyinə aydınlıq gəlib. Klub 24 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, ispaniyalı oyunçu daha 6 il La Liqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Erik “Barselona”nın yetirməsidir.










