Erik Bayi La Liqa klubunda

Erik Bayi La Liqa klubunda

“Mançester Yunayted”in sabiq futbolçusu Erik Bayinin yeni klubu bəlli olub. O, karyerasını İspaniyada davam etdirəcək.

Futbolçu “Real Ovyedo” ilə müqavilə imzalayıb.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə 2 illik sözləşmə bağlanıb.

Qeyd edək ki, Erik “Mançester Yunayted”, “Beşiktaş”, “Marsel”, “Espanyol” və “Vilyarreal” klublarının da formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Nkunku “Bavariya”nın hədəfində

Növbəti yazı

FIFA-dan növbəti dəyişiklik