Entso üçün 120 milyon avro
Argentina millisinin və “Benfika”nın futbolçusu Entso Fernandes İngiltərə klublarının maraq dairəsinə düşüb. Yarımmüdafiəçi “Mançester Yunayted”in hədəfindədir.
Premyer Liqa klubu 21 yaşlı futbolçunu ələ keçirməyə çalışır. Mançesterlilər bunun üçün 120 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Fernandes DÇ-2022-də ən yaxşı gənc futbolçu seçilib.