Enrikenin Silva planı
Tezliklə PSJ-yə rəhbərlik edəcək Luis Enrikenin planları bəlli olub. O, “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı Fransa klubunda görmək istəyir.
Yayılan xəbərlərə görə, “şəhərlilər” 28 yaşlı futbolçu ilə vidalaşmağa hazırdır. Onun xidmətində maraqlı olan klublar arasında Səudiyyə Ərəbistanı təmsilçiləri və “Barselona” da var.