Enrike və Lopeteqidən imtina

Enrike və Lopeteqidən imtina

Ole-Qunnar Sulşeri istefaya göndərən “Mançester Yunayted” yeni baş məşqçi tapmaqda çətinliklə üzləşib. Zinəddin Zidan və Roberto Mançininin ardından daha iki mütəxəssis İngiltərə klubunun təklifindən imtina edib.

Bunlar İspaniya yığmasını çalışdıran Luis Enrike və “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqidir. Milli komandanı DÇ-2022-yə aparmaq arzusunda olan Enrike danışıqlara belə başlamağa lüzum görməyib. Lopeteqi isə “Sevilya”dakı işini yarımçıq qoymaq fikrindən uzaq olduğunu bəyan edib.

ETOPAZ

Əvvəlki yazı

Avstraliyadakı turnirlərin tarixləri açıqlandı

Növbəti yazı

Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd