Enrike iki klubun hədəfində

Enrike iki klubun hədəfində

İspaniya millisindən ayrılan Luis Enrike karyerasını klubda davam edəcək. Onun çalışdıra biləcəyi klublar müəyyənləşib.

DÇ-2022-dəki uğursuzluqdan sonra istefaya göndərilən mütəxəssis “Atletiko” və “Mançester Yunayted”ə rəhbərlik edə bilər. Madrid klubu ona Dieqo Simeonenin əvəzləyicisi gözü ilə baxır. Argentinalı yayda “Atletiko”nu tərk etsə, bu posta Enrikenin gətirilməsi planlaşdırılır.

“Mançester Yunayted” mövsümün ikinci hissəsində istənilən nəticələri göstərməsə, Erik Ten Haq postundan qovulacaq. Onu əvəzləməyə əsas namizəd isə ispaniyalı mütəxəssisdir. 

Qeyd edək ki, İspaniya Qətərdəki mundialın 1/8 finalında Mərakeşə uduzub – 0:0, pen. 0:3.
 

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.12.2022

Növbəti yazı

“Turan Tovuz” və “Səbail”dən qələbə