Enrike ən yaxşı adına layiq görüldü
FİFA ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb. Bu mükafata PSJ-nin baş məşqçisi Luis Enrike layiq görülüb.
İspaniyalı mütəxəssis bu nominasiyada Hans Diter Fliki (“Barselona”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.
Qeyd edək ki, Enrike ötən mövsüm PSJ ilə birlikdə Fransa Liqa 1, Fransa Kuboku və Fransa Super Kubokunun qalibi olub. O, həmçinin Çempionlar Liqası və UEFA Super Kubokunu da qazanıb.










