“Enfild Roud”da 6 qol
Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulub. Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə “Liverpul”la qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib. Hesab ilk hissədə açılıb. Aleksis Mak Allister fərqlənib. Çox keçmədən Florian Virtz adını tabloya yazdırıb. Daha sonra Məhəmməd Salah fərqlənib. Ardınca Uqo Ekitike qol vurub, Mak Allister isə dublunu rəsmiləşdirib. Matçda son nöqtəni Federiko Kyeza qoyub – 6:0.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsini 10 xalla başa vurub.












