Enes Ünal La Liqa tarixinə düşdü
Türkiyəli futbolçu Enes Ünal La Liqanın tarixinə düşüb. “Xetafe”nin 25 yaşlı hücumçusu “Selta” ilə qarşılaşmada ikiqat sevinc yaşayıb.
Matçın üçüncü dəqiqəsində penaltidən vurduğu qolla komandasına vacib qələbə qazandıran Enes həm də İspaniya çempionatındakı oyunlarının sayını 196-ya çatdırıb. O, bununla da La Liqada oynayan türkiyəli futbolçuların rekordunu yeniləyib.