Endrik “Ştutqart”ın hədəfində
“Real”da ayrılıq yaşanmağa yaxındır. Komandanın hücumçusu Endrik karyerasını Bundesliqada davam etdirə bilər.
“Ştutqart” braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə “Goal” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya təmsilçisi Endriki 6 aylıq icarəyə götürməyi planlaşdırır. Artıq klublar arasında danışıqlar başlayıb.
Qeyd edək ki, “Real” Endriki 2024-cü ilin yayında “Palmeyras”dan transfer edib.












