Endrik “Real”a bu tarixdə qoşulacaq
Endrikin “Real”a keçid tarixi bəlli olub. Onun təqdimat mərasiminin vaxtı dəqiqləşib.
Tədbir iyulun 27-də “Santyaqo Bernabeu”da baş tutacaq. Madrid klubunun prezidneti Florentino Peresin iştirak edəcəyi mərasimdə rəsmi müqavilə imzalanacaq. Bundan sonra forvardın mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, sambaçı Kral Klubu ilə 6 illik müqavilə imzalayacaq.