Ən yaxşı adına namizədlər

Ən yaxşı adına namizədlər

Avropa Liqasının qrup mərhələsinin 5-ci tur matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub. Bu siyahıda 4 futbolçu yer alıb.

Mükafata İngiltərənin “Liverpul” klubundan Kodi Qakpo, Fransanın “Marsel” komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi “Frayburq”dan Mixael Qreqoritş və Norveç “Molde”sindən Kristian Eriksen iddia edilir. Norveçli yarımmüdafiəçi Eriksen məhz “Qarabağ”la qarşılaşmada iki qolla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan xal ehtiyatını artırdı

Növbəti yazı

Felipe Luis karyerasını bitirir