Ən yaxşı adına namizədlər bəlli oldu
Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Matçlardan sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Namizədlər “Real”dan Vinisius Junior, “Feyenoord”dan İqor Paişao, “Borussiya”dan Seru Qirassi və “Benfika”dan Vangelis Pavlidisdir.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.