Ən yaxşı adına namizədlər
Avropa Liqasının 1/4 final mərhələsinin ilk görüşləri başa çatıb. Matçlardan sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Bunlar Paulo Dibala (“Roma”), Rafa Silva (“Benfika”), Yonas Hofmann (“Bayer 04”) və Canluka Skamakkadır (“Atalanta”). Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində aydınlıq gələcək.