En-Nesri “Fənərbaxça”da
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib. Klub Yussuf En-Nesrinin transferi üçün “Sevilya” ilə anlaşıb.
Bunu istanbulluların mətbuat xidməti açıqlayıb. “Sevilya”ya 19 milyon 500 min avroluq transfer haqqı ödəniləcəyi qeyd edilib. Bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.