Ən erkən start

Ən erkən start

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün ikinci yarısı yanvarın 17-də start götürüb. Bu, ölkə çempionatlarında ilin ən erkən startıdır. Bunadək heç vaxt ilin ilk 17 günündə çempionat matçı keçirilməyib.

Əvvəlki illərdə ən erkən start yanvarın 21-nə təsadüf edib. 2020/21 mövsümünün üç, ötən çempionatın bir qarşılaşması ilin 21-ci günündə baş tutub.

ETOPAZ

Əvvəlki yazı

Alıyevin 200-cü, Həsənalızadənin 250-ci oyunu

Növbəti yazı

İlin ilk avtoqolu: Qeyri-adi antirekord