Emrelidən Almaniyada növbəti qol
Mahir Emreli Almaniya kubokunda qol hesabını açıb. Azərbaycan millisinin futbolçusu “Nürnberq”in “Hoffenhaym”la səfərdəki matçında fərqlənib.
O, ikinci mərhələnin görüşünün 47-ci dəqiqəsində qol sevinci yaşayıb. Mahir hesabı bərabərləşdirsə də, komandası məğlubiyyətdən qaça bilməyib – 1:2. Bununla da Emreli və komandası Almaniya kubokunda mübarizəni dayandırıb. O, bu görüşdə 82 dəqiqə meydanda olub.
Qeyd edək ki, Mahir karyerası ərzində 4-cü ölkənin kubokunda qol vurub. O, bunadək Azərbaycan, Polşa və Xorvatiya kubokunda də fərqlənib.