Emreli yenidən zədələndi

Emreli yenidən zədələndi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib. Forvard evdə “İstra”nı 4:1 hesabı ilə məğlub etdikləri ölkə çempionatının III tur matçından sonra əvvəlki xəsarətini yeniləyib.

Belində ağrılar hiss edən hücumçu Bolqarıstanda “Lüdoqorets”lə oynanılacaq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünü buraxacaq. Onun yaşıl meydanlardan hansı müddətə kənarda qalacağı müayinələrdən sonra bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

Verner “Real”a təklif olundu

Növbəti yazı

Günün kuponu – 01.08.2022