Emreli oynadı, komandası məğlub oldu
Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında növbəti oyununu keçirib. O, 7-ci turda “Nürnberq”in əsas heyətində meydana çıxıb.
“Hannover”lə qarşılaşmada Mahir 75 dəqiqə oynamaq şansı qazanıb. Bu müddət ərzində Emreli heç nə ilə yadda qalmayıb. Onun komandası 0:2 hesabı ilə uduzub
Qeyd edək ki, “Nürnberq” növbəti turda öz meydanında “Preussen Munster”lə qarşılaşacaq. Nürnberqlilər 7 oyundan sonra 7 xalla 14-cü pllədə qərarlaşıblar.