Emreli oynadı, “Dinamo” “Çelsi”yə məğlub oldu
Çempionlar Liqasında 6-cı tura yekun vurulub. Son oyun günündə 8 qarşılaşma baş tutub.
Həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su “Çelsi” ilə qarşılaşıb. Millimizin üzvü matça 70-ci dəqiqədə daxil olub. Xorvatiya təmsilçisi 1:2 hesabı ilə uduzub.
Daha bir həmyerlimiz Əliyar Ağayev isə ilk Çempionlar Liqası matçını keçirib. Onun idarə etdiyi görüşdə “Kopenhagen” “Borussiya” ilə bərabərə qalıb – 1:1.
E qrupu
“Çelsi” – “Dinamo” 2:1
“Milan” – “Zalsburq” 3:0
F qrupu
“Real” – “Seltik” 5:1
“Şaxtyor” – “Leypsiq” 0:4
G qrupu
“Mançester Siti” – “Sevilya” 3:1
“Kopenhagen” – “Borussiya” 1:1
H qrupu
“Yuventus” – PSJ 1:2
“Makkabi” – “Benfika” 1:6