Emreli növbəti matçı da buraxa bilər

Emreli növbəti matçı da buraxa bilər

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatının III tur matçını da buraxa bilər. Bu barədə məlumatı Xorvatiya mətbuatı yayıb.

Bildirilib ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Şkupi” ilə bu gün səfərdə üz-üzə gələcək zaqreblilər 4 oyunçunu Şimali Makedoniyaya aparmayıb. Bunlar müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo, yarımmüdafiəçi Marko Bulat və Emrelidir.

Adıçəkilən oyunçulardan yalnız Boşkonun ölkə çempionatının növbəti turuna hazır olacağı dəqiqdir. Digər 3 futbolçunun “İstra 1961”lə qarşılaşmada da iştirakı sual altındadır.

Qeyd edək ki, “Dinamo” – “İstra 1961” görüşü iyulun 29-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Atlanta” oyunçusunu qovdu

Növbəti yazı

“Barselona” Martinezi bu yay transfer etməyəcək