Emreli həftənin rəmzi komandasında

Emreli həftənin rəmzi komandasında

Azərbaycan millisinin futbolçusu Mahir Emreli növbəti uğuruna imza atıb. 28 yaşlı hücumçu Almaniyanın 2-ci Bundesliqasında turun rəmzi komandasına daxil edilib.

“Nürnberq”in forvardı mövsümün son turunda fərqlənib. O, XXXIV turun “11-liy”ində yer alıb.

Buna Mahirin son turdakı oyunu səbəb olub. Futbolçumuz Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşmada (4:1) het-trikə imza atıb.

Qeyd edək ki, bu, Emrelinin “Nürnberq”də son matçı olub. Onun başa çatan müqaviləsinin uzadılmamasına öncədən qərar verilib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” 100-ə çatdı: 32 rəqiblə

Növbəti yazı

Millimiz yarımfinala vəsiqə qazandı