Emreli dubl etdi, komandası uduzdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya çempionatında növbəti qollarını vurub. II Bundesliqada çıxış edən “Nürnberq”in formasını geyinən 28 yaşlı hücumçu XXX turun “Paderborn”la ev görüşündə fərqlənib.
O, matçın 2-ci dəqiqəsində hesabı açıb. Lakin “Nürnberq” üstünlüyünü qoruya bilməyərək üç top buraxıb. Mahir uzatma dəqiqələrində dublunu rəsmiləşdirsə də komandası 2:3 hesabı ilə uduzub. Mahir bu görüşü əvəzolunmadan meydanda olub.
Qeyd edək ki, 30 oyunda 44 xal toplayan “Nürnberq” turnir cədvəlində 8-cidir.